Premyer Liqa: “Mançester Yunayted” yeni mövsümə 3 xalla başladı

Bu gün keçirilən bir oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, mövsümün ilk oyununda “Mançester Yunayted” doğma meydanda “Fulhem”lə qarşılaşıb.

“Qırmızı şeytanlar” bu oyunda tək qolla 3 xal əldə ediblər.

Yeni mövsümün ilk turunun qalan oyunları avqustun 17-də, 18-də və 19-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
1-ci tur

16 avqust

“Mançester Yunayted” – “Fulhem” 1:0
Qol: Zirkze, 87.

17 avqust

15:30. “İpsviç Taun” – “Liverpul”
18:00. “Arsenal” – “Vulverhempton”
18:00. “Everton” – “Brayton”
18:00. “Nyukasl” – “Sauthempton”
18:00. “Nottingem Forest” – “Bornmut”
20:30. “Vest Hem” – “Aston Villa”

18 avqust

17:00. “Brentford” – “Kristal Palas”
19:30. “Çelsi” – “Mançester Siti”

19 avqust

23:00. “Lester Siti” – “Tottenhem”