Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, mövsümün son turunun oyunları 3 günü əhatə edəcək.
Tura mayın 23-də Bayılda start veriləcək. Mövsümə mayın 25-də Mərdəkanda keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” matçı ilə yekun vurulacaq.
Premyer Liqa
36-cı tur
23 may
“Səbail” – “Sumqayıt”
“Bayıl Arena”, 19:30
24 may
“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 17:00
“Sabah” – “Neftçi”
“Masazır Arena”, 19:30.
25 may
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 17:00.
“Araz-Naxçıvan” – “Zirə”
Mərdəkan. “Dalğa Arena”, 19:30.