Premyer Liqa: Mövsümdə 5-ci dəfə

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunda qapılara 15 qol vurulub.

Arena.az xəbər verir ki, “Qarabağ” – “Sabah” (3:3), “Kəpəz” – “Səbail” (1:4), “Turan Tovuz” – “Qəbələ” (2:1) və “Araz-Naxçıvan” – “Neftçi” (1:0) oyunlarında qol qeydə alınıbsa, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Beş görüşdə orta hesabla 3,00 qol vurulub. 2023/2024 mövsümündə 5-ci dəfə bu göstərici ən azı 3-ə bərabər olub.

Rekord 10-cu və 16-cı turlarda gerçəkləşib. Həmin vaxt 19 qol qeydə alınıb. Premyer Liqa klubları 12-ci turda 16, 1-ci turda isə 15 dəfə fərqləniblər.