Premyer Liqa: Mövsümün rəmzi komandası açıqlandı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) başa çatmış 2022/2023 mövsümünün rəmzi komandası açıqlanıb.

Arena.az xəbər verir ki, “Opta Sports” analitik idman internet-portalı tərəfindən hazırlanmış mövsümün rəmzi komandasında son çempion “Mançester Siti”dən beş futbolçu yer alıb.

Mövsümü gümüş medallarla bitirən “Arsenal” siyahıda iki futbolçu ilə təmsil olunur. “Brentford”, “Nyukasl”, “Vest Hem” və “Tottenhem”dən isə ən yaxşılar arasına cəmi 1 futbolçu düşə bilib.

2022/2023 mövsümünün yekunları əsasında tərtib edilmiş heyəti diqqətinizə çatdırır:

Qapıçı: David Rayya (“Brentford”);

Müdafiəçilər: Aleksandr Zinçenko (“Arsenal”), Manuel Akanci (“Mançester Siti”), Ruben Dias (“Mançester Siti”), Kiran Trippyer (“Nyukasl”);

Yarımmüdafiəçilər: Rodriqo Ernandes (“Mançester Siti”), Deklan Rays (“Vest Hem”), Kevin De Bröyne (“Mançester Siti”), Martin Edeqor (“Arsenal”);

Hücumçular: Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”).

Xatırladaq ki, 2022/2023 mövsümündə Xosep Qvardolanın rəhbərlik etdiyi “Mançester Siti” Premyer Liqa çempionu oub. Bu, “şəhərlilər”in ardıcıl üçüncü çempionluğudur.