Premyer Liqa: Mövsümün son turunun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 36-cı turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, turun bütün görüşləri canlı yayımlanacaq.

Üç oyun mayın 25-də, qalan iki oyun isə ayın 26-da baş tutacaq.

Yeri gəlmişkən, 36-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. Mayın 26-da “Azərsun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu “Qarabağ” klubuna medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Dalğa Arena”da aparılan işlər və Premyer Liqanın 2023/2024 mövsümünün mükafatlandırma mərasimi ilə bağlı 36-cı turun “Araz Naxçıvan” – “Qarabağ” oyunu məhz “Azersun Arena”da reallaşacaq.

Premyer Liqa
36-cı tur
25 may

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Neftçi” – “Sabah”
Bakı. “Neftçi Arena”, 19:00.

“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

26 may

“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Qarabağ”
Bakı. “Azərsun Arena”, 19:30.