Premyer Liqa: Mövsümün son turunun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün son turunun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, 28-ci turun oyunları mayın 21-də baş tutacaq.

Əvvəlcə “Zirə” “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edəcək.

“Sumqayıt” doğma meydanda “Səbail”lə qarşılaşacaq. Turun sonuncu və mərkəzi oyununda isə “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
28-ci tur
21 may

“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

“Qarabağ” – “Neftçi”
Bakı. “Azersun Arena”, 19:30.