Premyer Liqa: MS fərqi artırdı, “Liverpul”la “Çelsi” tək qolla sevindi

Bu gün futbol üzrə İngitərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 35-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Liverpul” doğma meydanda “Brentford”u, “Tottenhem” “Kristal Pelas”ı, “Vulverhempton” isə “Aston Villa”nı yeganə qol sayəsində məğlub edib.

Son turlarda qələbəyə həsrət olan “Çelsi” nəhayət ki, uğursuz gedişata son qoyub. Mövsümün ən uğursuzlarından olan London təmsilçisi bu dəfə səfərdə “Bornmut”u məğlub etməyi bacarıb.

Lider “Mançester Siti” isə “Lids”i qəbul edib. “Şəhərlilər” bu oyundan da qalib ayrılmaqla “Arsenal”la xal fərqini 4-ə çatdırıb. Belə ki, Mançester təmsilçisi hazırda 82 xalla zirvədə qərarlaşıbsa, “topçular” 78 xalla ikinci pillədədir. “Nyukasl” 65 xalla 3-cü, “Mançester Yunayted” 63 xalla 4-cü, “Liverpul” 62 xalla 5-ci, “Tottenhem” 57 xalla 6-cı, “Brayton” 55 xalla 7-ci, “Aston Villa” 54 xalla 8-ci, “Brentford” 50 xalla 9-cu, “Fulhem” isə 45 xalla 10-cu pillədə qərarlaşıb.

İngiltərə, Premyer Liqa
35-ci tur
6 may

Bornmut – Çelsi 1:3
Qol: Vina, 21 – Qallaxer, 9. Badiaşile, 82. J.Feliks, 86.

Mançester Siti – Lids 2:1
Qol: İ.Gündoğan, 19; 27 – Rodriqo, 85.

Tottenhem – Kristal Pelas 1:0
Qol: H.Keyn, 45+1.

Vulverhempton – Aston Villa 1:0
Qol: Toti, 9.

Liverpul – Brentford 1:0
Qol: Salah, 13.

7 may

19:30. Nyukasl – Arsenal
22:00. Vest Hem – Mançester Yunayted

8 may

18:00. Fulhem – Lester Siti
20:30. Brayton – Everton
23:00. Nottingem Forest – Sauthempton