Premyer Liqa: MS qələbə, MY məğlubiyyətlə başladı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/23 mövsümünün ilk turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Lester Siti” doğma meydanda “Brentford”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləəşməyib.

“Mançester Yunayted” yeni mövsümün ilk matçında “Brayton”la üz-üzə gəlib. “Qırmızı şeytanlar” üç qolun qeydə alındığı bu ev oyununda məğlubiyyətə üzülüblər.

Son çempion “Mançester Siti” isə səfərdə “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirib. Yeni transfer Erlinq Halandın dubla imza atdığı matçda “şəhərlilər” inamlı qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası
1-ci tur
7 avqust

Lester Siti – Brentford 2:2
Qol: Kastan, 33. Holl, 46 – Toni, 62. Dasilva, 86.

Mançester Yunayted – Brayton 1:2
Qol: Makallister, 68-öz qapısına – Qross, 30; 39.

Vest Hem – Mançester Siti 0:2
Qol: Haland, 36-pen; 65.