Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 20-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
Uğursuz mövsüm keçirən son çempion “Mançester Siti” doğma meydanda qarşılaşdığı “Vest Hem”ə böyük hesabla qalib gəlib.
Liderlər qrupunda qərarlaşmış “Arsenal” “Brayton”la səfər oyununda xal itkisi ilə üzləşib. Londonun digər təmsilçisi “Çelsi” də “Kristal Pelas”la səfər oyunundan oxşar nəticə ilə ayrılıb. “Tottenhem” isə “Nyukasl”la ev oyununda məğlubiyyətə üzülüb.
“Aston Villa” “Lester Siti”ni, “Bornmut” “Everton”u məğlub yola salıb. “Sauthempton” da “Brentford”la ev oyununda 5 cavabsız qolla uduzub.
20-ci turun qalan görüşləri yanvarın 5-də və 6-da keçiriləcək. Turun mərkəzi oyununda lider “Liverpul” “Mançester Yunayted”i qəbul edəcək.
İngiltərə, Premyer Liqa
20-ci tur
4 yanvar
Tottenhem – Nyukasl 1:2
Qollar: Solanke, 4 – Qordon, 6. A.İsak, 38.
Aston Villa – Lester Siti 2:1
Qollar: Barkli, 58. Beyli, 76 – Mavididi, 63.
Bornmut – Everton 1:0
Qol: Bruks, 77.
Kristal Pelas – Çelsi 1:1
Qollar: Mateta, 82 – Palmer, 14.
Mançester Siti – Vest Hem 4:1
Qollar: Çoufal, 10-öz qapısına. Haland, 42; 55. Foden, 58 – Fullkruq, 71.
Sauthempton – Brentford 0:5
Qollar: Şade, 6. Mbeumo, 62; 69. Potter, 90+2. Vissa, 90+4.
Brayton – Arsenal 1:1
Qollar: J.Pedro, 61-pen – Nvaneri, 16.
5 yanvar
18:00. Fulhem – İpsviç Taun
20:30. Liverpul – Mançester Yunayted
6 yanvar
00:00. Vulverhempton – Nottingem Forest