Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Brentford” – “Vest Hem” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Nyukasl”la qarşılaşan son çempion “Mançester Siti” də xal itkisi ilə üzləşib.
“Everton” doğma meydanda “Kristal Pelas”ı çətinliklə məğlub edib. London təmsilçilərindən “Arsenal” doğma meydanda “Lester Siti”yə, “Çelsi” isə “Brayton”a oxşar hesabla (4:2) qalib gəlib.
“Nottingem Forest” evdə “Fulhem”ə minimal hesabla uduzub. “Vulverhempton”un qonağı olan “Liverpul” da səfərdə qalib gəlib. “Qırmızılar” bu qələbə sayəsində, xal itirmiş “Mançester Siti”ni qabaqlayaraq zirvəyə yüksəliblər. Hazırda “Liverpul”un 15, əsas izləyiciləri olan “Mançester Siti” və “Arsenal”ın isə 14 xalı var.
İngiltərə, Premyer Liqa
6-cı tur
28 sentyabr
Nyukasl – Mançester Siti 1:1
Qollar: Qordon, 58-pen – Qvardiol, 35.
Arsenal – Lester Siti 4:2
Qollar: Martinelli, 20. Trossard, 45+1. Ndidi, 90+4-öz qapısına. Haverts, 90+9 – C.Castin, 47; 63.
Brentford – Vest Hem 1:1
Qollar: Mbeumo, 1 – Souçek, 54.
Çelsi – Brayton 4:2
Qollar: Palmer, 21; 28-pen; 31; 41 – Rutter, 7. Baleba, 34.
Everton – Kristal Pelas 2:1
Qollar: Maknil, 47; 54 – Qehi, 10.
Nottingem Forest – Fulhem 0:1
Qol: R.Ximenes, 51-pen.
Vulverhempton – Liverpul 1:2
Qollar: Ait-Nuri, 56 – Konate, 45+2. Salah, 61-pen.
29 sentyabr
17:00. İpsviç Taun – Aston Villa
19:30. Mançester Yunayted – Tottenhem
30 sentyabr
23:00. Bornmut – Sauthempton