Premyer Liqa: MS yenə uduzdu, “Liverpul” qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Vest Hem” – “Everton” matçında qapılara qol vurulmayıb. “Brentford” “Bornmut”u, “Vulverhempton” “Sauthempton”u məğlub yola salıb. “Kristal Pelas” isə doğma meydanda “Fulhem”ə uduzub.

Səfərdə “Brayton”la qarşılaşan “Mançester Siti” ardıcıl dördüncü məğlubiyyətinə üzülüb. Lider “Liverpul” isə evdə “Aston Villa”nı 2 cavabsız qolla üstələyib.

İngiltərə, Premyer Liqa
11-ci tur
9 noyabr

Brentford – Bornmut 3:2
Qollar: Vissa, 27; 58. Damsqard, 50 – Evanilson, 17. Kluyvert, 49.

Kristal Pelas – Fulhem 0:2
Qollar: Smit Rou, 45+2. H.Uilson, 83.

Vest Hem – Everton 0:0

Vulverhempton – Sauthempton 2:0
Qollar: Sarabiya, 2. Kunya, 51.

Brayton – Mançester Siti 2:1
Qollar: J.Pedro, 78. O’Rayli, 83 – Haland, 23.

Liverpul – Aston Villa 2:0
Qollar: Nunyes, 20. Salah, 84.

10 noyabr

18:00. Mançester Yunayted – Lester Siti
18:00. Nottingem Forest – Nyukasl
18:00. Tottenhem – İpsviç Taun
20:30. Çelsi – Arsenal

Xəbəri sosial şəbəkələrdə paylaş: