Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan biri baş tutmayıb.
Belə ki, “Everton” – Liverpul” oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
“Aston Villa” doğma meydanda “Sauthempton”a, “Brentford” isə “Nyukasl”a qalib gəlib.
Cari mövsümdə qeyri-qənaətbəxş nəticələri ilə diqqət çəkən son çempion “Mançester Siti” bu dəfə “Kristal Pelas”la oyunda xal itirib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
Mançesterin digər təmsilçisi – “Mançester Yunayted” isə bu dəfə doğma meydanda “Nottingem Forest”ə məğlub olub.
15-ci turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
15-ci tur
7 dekabr
Everton – Liverpul oyunu təxirə salınıb
Aston Villa – Sauthempton 1:0
Qol: Duran, 24.
Brentford – Nyukasl 4:2
Qollar: Mbeumo, 8. Vissa, 28. Kollinz, 56. Şade, 90 – A.İsak, 11. Barnes, 32.
Kristal Pelas – Mançester Siti 2:2
Qollar: Munyos, 4. Lakrua, 56 – Haland, 30. R.Lyuis, 68.
Mançester Yunayted – Nottingem Forest 2:3
Qollar: Höylund, 18. B.Fernandes, 61 – Milenkoviç, 2. Gibbs-Uayt, 47. Vud, 54.
8 dekabr
18:00. Fulhem – Arsenal
18:00. İpsviç Taun – Bornmut
18:00. Lester Siti – Brayton
20:30. Tottenhem – Çelsi
9 dekabr
00:00. Vest Hem – Vulverhempton


