Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 32-ci turundan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Mançester Yunayted” mövsümün ən uğursuz komandalarından hesab olunan “Çelsi” ilə qarşılaşıb.
Kifayət qədər məhsuldar alınan qarşılaşma meydan sahiblərinin xeyrinə bitib. “Qırmızı şeytanlar” “zadəganlar”ı darmadağınla yola salıblar.
Bu nəticədən sonra Mançester təmsilçisi xallarının sayını 72-yə çatdırıb və üçüncü pilləyə yüksəlib. “Çelsi” isə 43 xalla 12-ci pillədə qalıb.
İngiltərə çempionatında 2022/2023 mövsümünün sonuncu turunun oyunları mayın 28-də keçiriləcək. Bütün qarşılaşmalara Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
İngiltərə, Premyer Liqa
32-ci turun oyunu
25 may
Mançester Yunayted – Çelsi 4:1
Qol: Kazemiro, 6. Marsyal, 45+5. B.Fernandes, 73-pen. Raşford, 78 – J.Feliks, 89.