Premyer Liqa: MY-dən “Tottenhem”lə məhsuldar heç-heçə – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

“Everton” – “Aston Villa” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Mançester Yunayted” – “Tottenhem” matçında da qalib müəyyənləşməyib.

21-ci turun qalan qarşılaşmaları 20-22 yanvar tarixləri aralığında keçiriləcək.

İngiltərə, Premyer Liqa
21-ci tur
12 yanvar

Börnli – Luton Taun 1:1
Qollar: Amduni, 36 – Morris, 90+2.

13 yanvar

Çelsi – Fulhem 1:0
Qol: Palmer, 45+4-pen.

Nyukasl – Mançester Siti 2:3
Qollar: İsak, 35. Qordon, 37 – B.Silva, 26. De Bröyne, 74. Bobb, 90+1.

14 yanvar

Everton – Aston Villa 0:0

Mançester Yunayted – Tottenhem 2:2
Qollar: Hoylund, 3. Raşford, 40 – Riçarlison, 19. Bentankur, 46.

20 yanvar

16:30. Arsenal – Kristal Pelas
21:30. Brentford – Nottingem Forest

21 yanvar

18:00. Şeffild Yunayted – Vest Hem
20:30. Bornmut – Liverpul

22 yanvar

23:45. Brayton – Vulverhempton