Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “İpsviç Taun” – “Aston Villa” matçında qalib müəyyənləşməyib. Qeyri-sabit çıxışı ilə diqqət çəkən “Mançester Yunayted” isə bu dəfə doğma meydanda “Tottenhem”ə 3 cavabsız qolla uduzub.
Tura sabah keçiriləcək “Bornmut” – “Sauthempton” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
6-cı tur
28 sentyabr
Nyukasl – Mançester Siti 1:1
Qollar: Qordon, 58-pen – Qvardiol, 35.
Arsenal – Lester Siti 4:2
Qollar: Martinelli, 20. Trossard, 45+1. Ndidi, 90+4-öz qapısına. Haverts, 90+9 – C.Castin, 47; 63.
Brentford – Vest Hem 1:1
Qollar: Mbeumo, 1 – Souçek, 54.
Çelsi – Brayton 4:2
Qollar: Palmer, 21; 28-pen; 31; 41 – Rutter, 7. Baleba, 34.
Everton – Kristal Pelas 2:1
Qollar: Maknil, 47; 54 – Qehi, 10.
Nottingem Forest – Fulhem 0:1
Qol: R.Ximenes, 51-pen.
Vulverhempton – Liverpul 1:2
Qollar: Ait-Nuri, 56 – Konate, 45+2. Salah, 61-pen.
29 sentyabr
İpsviç Taun – Aston Villa 2:2
Qollar: Delap, 8; 72 – Rocers, 15. Uotkins, 32.
Mançester Yunayted – Tottenhem 0:3
Qollar: B.Conson, 3. Kuluşevski, 47. Solanke, 77.
30 sentyabr
23:00. Bornmut – Sauthempton