Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 27-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Mançester Yunayted” “Sauthempton”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Vest Hem” – “Aston Villa” matçında da qalib müəyyənləşməyib.
Üç qolun qeydə alındığı “Nyukasl” – “Vulverhempton” matçında meydan sahibləri qalib gəliblər. Səfərdə “Fulhem”lə qarşılaşan lider “Arsenal” isə darmadağına sevinib.
Beləliklə, İngiltərə çempionatında 27 turdan sonra 66 xala malik “Arsenal” vahid liderdir. İkinci pillədəki “Mançester Siti”nin 61, üçüncü olan “Mançester Yunayted”in isə 50 xalı var. “Tottenhem” 48, “Nyukasl” 44, “Liverpul” 42, “Brayton”la “Fulhem” 39, “Brentford” 38, “Çelsi” 37 xal toplaya bilib.
İngiltərə Premyer Liqası
27-ci tur
11 mart
Bornmut – Liverpul 1:0
Qol: Billinq, 28.
Everton – Brentford 1:0
Qol: Maknil, 1.
Lids – Brayton 2:2
Qol: Bamford, 40. Harrison, 78 – Makallister, 33. Harrison, 61-öz qapısına.
Lester Siti – Çelsi 1:3
Qol: Daka, 39 – Çilluel, 11. Haverts, 45+6. Kovaçiç, 78.
Tottenhem – Nottingem Forest 3:1
Qol: Keyn, 19; 35-pen. Son, 62 – Vorrail, 81.
Kristal Pelas – Mançester Siti 0:1
Qol: Haland, 78-pen.
12 mart
Fulhem – Arsenal 0:3
Qol: Qabriel, 21. Martinelli, 26. Edeqor, 45+2.
Mançester Yunayted – Sauthempton 0:0
Vest Hem – Aston Villa 1:1
Qol: Benrahma, 26 – Uotkins, 17.
Nyukasl – Vulverhempton 2:1
Qol: İsak, 26. Almiron, 79 – Hvanq, 70.


