Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 5-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Bu mövsümə çox uğursuz başlamış “Lester Siti” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb. “Qırmızı şeytanlar” bu oyundan minimal hesablı qələbə ilə ayrılıblar.
5 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – “Arsenal” 15 xalla zirvədə qərarlaşıb. Son çempion “Mançester Siti” 13 xalla 2-cidir. Üçüncü pillədəki “Tottenhem”in isə 11 xalı var. “Brayton” 10 xalla 4-cü, “Mançester Yunayted” 9 xalla 5-ci, “Liverpul” 8 xalla 6-cıdır. “Çelsi” 7 xalla 10-cu pillədə qərarlaşıb. “Lester Siti” isə cəmi 1 xalla sonuncudur.
İngiltərə Premyer Liqası
5-ci tur
30 avqust
Kristal Pelas – Brentford 1:1
Qol: Zaha, 59 – Vissa, 88.
Fulhem – Brayton 2:1
Qol: Mitroviç, 48. Dank, 55-öz qapısına – Makallister, 60.
Sauthempton – Çelsi 2:1
Qol: Lavia, 28. Armstronq, 45+1 – Sterlinq, 23.
Lids – Everton 1:1
Qol: Sinisterra, 55 – Qordon, 17.
31 avqust
Arsenal – Aston Villa 2:1
Qol: Q.Jezus, 30. Martinelli, 77 – Duqlas, 74.
Bornmut – Vulverhempton 0:0
Mançester Siti – Nottingem Forest 6:0
Qol: Haland, 12; 23; 38. Kanselo, 50. Alvares, 65; 87.
Vest Hem – Tottenhem 1:1
Qol: Souçek, 55 – Kehrer, 34-öz qapısına.
Liverpul – Nyukasl 2:1
Qol: Firmino, 61. Karvalyo, 90+8 – İsak, 38.
1 sentyabr
Lester Siti – Mançester Yunayted 0:1
Qol: C.Sanço, 23.