Premyer Liqa: MY liderə uduzdu, MS darmadağına sevindi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Lids” – “Brentford” matçında qapılara qol vurulmayıb. “Mançester Siti” doğma meydanda “Vulverhempton”u üç cavabsız qolla üstələyib.

Turun mərkəzi oyununda isə lider “Arsenal” əzəli rəqiblərindən olan “Mançester Yunayted”i qəbul edib. Beş qolun qeydə alındığı bu matç London təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
21-ci tur
21 yanvar

Liverpul – Çelsi 0:0

Bornmut – Nottingem Forest 1:1
Qol: Antoni, 28 – Serric, 83.

Lester Siti – Brayton 2:2
Qol: Olbrayton, 38. Barnes, 63 – Mitoma, 27. Ferquson, 88.

Sauthempton – Aston Villa 0:1
Qol: Uotkins, 77.

Vest Hem – Everton 2:0
Qol: Bouen, 34; 41.

Kristal Pelas – Nyukasl 0:0

22 yanvar

Lids – Brentford 0:0

Mançester Siti – Vulverhempton 3:0
Qol: Haland, 40; 50-pen; 54.

Arsenal – Mançester Yunayted 3:2
Qol: Nketia, 24; 90. Saka, 53 – Reşford, 17. L.Martines, 59.

23 yanvar

00:00. Fulhem – Tottenhem