Premyer Liqa: MY qalib gəldi, MS xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Everton” evdə “Aston Villa”ya, “Brentford” isə “Vulverhempton”a uduzub. “Nyukasl” isə səfərdə “Lids”i minimal hesabla üstələyib.

“Mançester Yunayted” bu turda “Vest Hem”lə üz-üzə gəlib. “Qırmızı şeytanlar” son dəqiqə qolu ilə qalib gəlib. Lider “Mançester Siti” isə “Sauthempton”la səfər oyunundan xal itkisi ilə ayrılıb.

“Liverpul” “Kristal Pelas” səfərinə yollanacaq. Turun mərkəzi görüşü Londonda keçiriləcək. Son turlarda uğursuz çıxış edən “Çelsi” doğma meydanda “Tottenhem”lə üz-üzə gələcək.

İngiltərə Premyer Liqası
23-cü tur
21 yanvar

Uotford – Norviç Siti 0:3
Qol: Sargent, 51; 74. Kuçka, 90+2-öz qapısına.

22 yanvar

Everton – Aston Villa 0:1
Qol: Buendla, 45+3.

Brentford – Vulverhempton 1:2
Qol: Toni, 71 – Moutinyo, 48. Neves, 78.

Lids – Nyukasl 0:1
Qol: Şelvi, 78.

Mançester Yunayted – Vest Hem 1:0
Qol: Reşford, 90+3.

Sauthempton – Mançester Siti 1:1
Qol: Uolker-Peters, 7 – Laporte, 65.

23 yanvar

18:00. Arsenal – Bernli
18:00. Kristal Pelas – Liverpul
18:00. Lester Siti – Brayton
20:30. Çelsi – Tottenhem