Premyer Liqa: MY və MS xal itirdi, “Çelsi” uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub.

“Kristal Pelas” – “Aston Villa” matçında qapılara qol vurulmayıb. “Everton” – “Vulverhempton” və “Mançester Siti” – “Brayton” matçları 1:1, “Börnli” – “Mançester Yunayted” görüşü 2:2 hesabıyla yekunlaşıb.

“Brentford” “Sanderlend”i, “Nyukasl” “Lids”i məğlub yola salıb. “Tottenhem” səfərdə “Bornmut”a, “Çelsi” isə “Fulhem”ə məğlub olub.

21-ci tura sabah keçiriləcək “Arsenal” – “Liverpul” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
21-ci tur
6 yanvar

Vest Hem – Nottingem Forest 1:2
Qollar: Murillo, 13-öz qapısına – N.Dominqes, 55. Gibbs-Uayt, 89-pen.

7 yanvar

Bornmut – Tottenhem 3:2
Qollar: Evanilson, 22. Krupi, 36. Semenyo, 90+5 – Tel, 5. Palinya, 78.

Brentford – Sanderlend 3:0
Qollar: Tyaqo, 30; 65. Yarmolyuk, 73.

Kristal Pelas – Aston Villa 0:0

Everton – Vulverhempton 1:1
Qollar: Kin, 17 – Mane, 69.

Fulhem – Çelsi 2:1
Qollar: R.Ximenes, 55. H.Uilson, 81 – Delap, 72.

Mançester Siti – Brayton 1:1
Qollar: Haland, 41-pen – Mitoma, 60.

Börnli – Mançester Yunayted 2:2
Qollar: Hiven, 13-öz qapısına. Antoni, 66 – Şeşko, 50; 60.

Nyukasl – Lids 4:3
Qollar: Barnes, 36; 90+12. Joelinton, 54. B.Gimarayns, 90+1-pen – Aaronson, 32; 79. LeviN, 45+5-pen.

8 yanvar

00:00. Arsenal – Liverpul

Xəbəri sosial şəbəkələrdə paylaş: