Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Bu, sözügedən komandaların ölkə çempionatındakı 6-cı oyunu olacaq. Əvvəlki oyunlarda heç-heçə tanımayan komandalardan “Şamaxı” 2, “Araz-Naxçıvan” 3 qələbə qazanıb. Bütün oyunlarda meydan sahibi olan tərəf qalib gəlib. Texniki nəticə nəzərə alınmasa, son üç matçda qol vuran qalib gəlib.
“Şamaxı” cari mövsümdə 12 xalla 6-cı, “Araz-Naxçıvan” isə 17 xalla 3-cü sırada qərarlaşıb.
Günün digər oyunu “Neftçi” ilə “Səbail” arasında keçiriləcək. Tərəflər arasındakı əvvəlki 28 oyunda “Neftçi” 20 qələbə qazanıb. 6 oyun heç-heçə bitibsə, yalnız 2 oyunda “Səbail” qalib gəlib. “Səbail” 21 oyundur “Neftçi” üzərində qələbə qazanmır. “Neftçi” son 18 görüşdə bu rəqibinə qol vurub.
“Səbail” 9 oyuna topladığı 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Daha bərbad mövsüm keçirən “Neftçi” isə 5 xalla 9-cudur. “Ağ-qaralar” hətta qələbə də qazana bilməyiblər. Elə bu üzdən ilk dövrə bitən kimi Roman Qriqorçukla yollarını ayıran paytaxt klubu baş məşqçi postuna sabiq çalışdırıcısı Samir Abasovu gətirib.
Premyer Liqa
10-cu tur
18 oktyabr
“Kəpəz” – “Qarabağ” 0:5
Qollar: Emmanuel Addai, 17. Aleksey İsayev, 51. Leandro Andrade, 52. Toral Bayramov, 67. Aleksey Kaşuk, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu. 18:00.
19 oktyabr
“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu. 15:30.
“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”. 18:00.
20 oktyabr
“Zirə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə Olimpiya İdman Kompleksi. 17:30.
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.


