Premyer Liqa: “Neftçi” 3, “Turan Tovuz” tək qolla sevindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

İlk oyun Şamaxıda keçirilib. Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib. Qonaqlar bu matçda minimal hesabla üstün olublar.

Günün ikinci matçında isə “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib. Bu matçda isə meydan sahibləri darmadağınla qalib gəliblər.

Xatırladaq ki, turun ilk matçında “Qarabağ” “Kəpəz”i 1:0 hesabı ilə üstələmişdi. “Sabah” – “Səbail” və “Zirə” – “Qəbələ” qarşılaşmaları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
5-ci tur
3 sentyabr

“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: R.Eva, 85.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov.
Şamaxı şəhər stadionu.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 83. Nihad Quliyev, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev.
Baş məşqçi: Vüqar Əsgərli.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.


“Neftçi” – “Sumqayıt” 3:0
Qol: A.Caber, 19. E.Mahmudov, 55-pen. R.Hacıyev, 77.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”.

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 18. Vato Arveladze, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Sumqayıt: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç, 37. Alya Ture.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture.
Baş məşqçi: Aleksey Baqa.