Premyer Liqa: “Neftçi” 6 xallıq oyunda “Zirə”yə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Neftçi” və “Zirə” arasında baş tutub.

Komandaların eyni xala malik olması və 3-4-cü pillələrdə qərarlaşmaları bu oyuna marağı daha da artırırdı. Bu 6 xallıq görüşün sonunda sevinən tərəf “Neftçi” olub.

Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Sabah” “Kəpəz”ə 3:2 hesabıyla qalib gəlmişdisə, “Səbail” “Araz-Naxçıvan”la (2:2), “Sumqayıt” “Turan Tovuz”la (0:0) “sülh bağlayıb”.

Qeyd edək ki, bu turun “Qəbələ” – “Qarabağ” oyunu fevralın 28-nə təxirə salınıb.

Premyer Liqa
23-cü tur
18 fevral

“Neftçi” – “Zirə” 1:0
Qol: Ervin Koffi, 11.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Bakı. “Neftçi Arena”, 18:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 55. Ramin Abdullayev, 87. İlqar Əhmədov, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.