Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçı “Araz-Naxçıvan”la “Neftçi” arasında baş tutub.
Son turda hər iki komanda məğlub olmuşdu. Naxçıvan təmsilçisi ümumiyyətlə 4 oyundur 3 xala həsrət idi. “Ağ-qaralar” isə Naxçıvan təmsilçisi ilə son üç oyunda qələbə qazana bilməmişdi. Bu mövsüm baş tutan ilk iki oyundan biri heç-heçə (1:1), digəri məğlubiyyətlə (0:1) başa çatmışdı.
“Araz-Naxçıvan”ın ev matçlarında qol vuran qələbə qazanırdı. Ənənə bu dəfə də pozulmayıb. Rəqibini Mərdəkanda qəbul edən “Araz-Naxçıvan” təzminat dəqiqələrində qazandığı penaltidən maksimum yararlanaraq bu dəfə də “Neftçi”yə qalib gəlib.
Bu nəticədən sonra “Neftçi” 32 xalla 3-cü pillədə qalıb. “Araz-Naxçıvan” isə 30 xalla 6-cı sıraya yüksəlib.
Xatırladaq ki, 13-cü turun digər oyunlarında “Kəpəz” “Səbail”ə uduzmuş (1:4), “Turan Tovuz” “Qəbələ”yə qalib gəlmişdi (2:1). “Qarabağ” – “Sabah” (3:3) və “Zirə” – “Sumqayıt” (0:0) oyunlarında isə qalib müəyyənləşməmişdi.
Premyer Liqa
22-ci tur
13 fevral
“Araz-Naxçıvan” – “Neftçi”
Qol: Orxan Əliyev, 90+2-pen.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Mərdəkan. “Dalğa Arena”, 19:30.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Baş məşqçi: Miodraq Bojoviç.