Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun gününün son qarşılaşması “Neftçi” ilə “Kəpəz” arasında baş tutub.
Bakıda keçirilən matçın ilk yarısı qolsuz yekunlaşıb. Fasilədən sonra Gəncə təmsilçisi hesabı açıb. Amma buna dərhal reaksiya verən paytaxt təmsilçisi ardıcıl iki qol vurmağa nail olub. Qonaqlar da məğlubiyyətlə barışmayıblar və 73-cü dəqiqədə hesaba tarazlıq gətiriblər. Beləcə, məhsuldar alınan matçda qalib müəyyənləşməyib.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Sumqayıt”a 6:0, “Sabah” isə “Zirə”yə 2:0 hesabıyla qalib gəlib. Bu günün ilk matçında isə “Səbail”lə “Turan Tovuz” hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Tura sabah keçirilcək “Qəbələ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart
“Neftçi” – “Kəpəz” 2:2
Qol: Emin Mahmudov, 65. Eddi İsrafilov, 71 – Yusif Nəbiyev, 57. Salif Sisse, 73.
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov.
Bakı. “Bakcell Arena”, 19:00.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Kəpəz: 71. Mario Mustapiç, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 21. Martins Junior.
Ehtiyat oyunçular: 68. Orxan Sadıxlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 9. Mate Kvirkviya.
Baş məşqçi: Tərlan Əhmədov.


