Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə daha bir görüş baş tutub.
Günün sonuncu matçı “Neftçi” ilə “Qəbələ” arasında keçirilib. Üç qolun qeydə alındığı matç paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Əyalət təmsilçisi ilk hissədə vurduğu qollar sayəsində Bakıdan 3 xalla qayıdıb.
Xatırladaq ki, turun və günün ilk oyununda “Zirə” doğma meydanda “Səbail”ə 3:0 hesabıyla qalib gəlmişdi.
30-cu turun “Kəpəz” – “Turan Tovuz” oyunu sabah baş tutacaq. “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel
“Neftçi” – “Qəbələ” 1:2
Qollar: Emin Mahmudov, 61-pen – Ramon Maçado, 13. İsnik Alimi, 24-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov.
Bakı. “Bakcell Arena”. Saat 20:00.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.


