Premyer Liqa: “Neftçi” qalib gəldi, “Qəbələ” xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Son çempion “Neftçi” səfərdə “Sabah”la üz-üzə gəlib. Paytaxt təmsilçilərinin duelində üç qol qeydə alınıb. Yekunda “ağ-qaralar” səfərdən çətin qələbə ilə dönüblər.

Turun qapanış matçında isə “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb. Beləcə, hər iki komanda turu 1 xalla başa vurub.

Yeri gəlmişkən qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” görüşü Azərbaycan Premyer Liqasının cari mövsümündə qolsuz bitən ilk matç kimi tarixə düşüb.

İlk oyun günündə “Qarabağ” “Keşlə” ilə səfər oyunundan heç-heçə (1:1) ilə ayrılıb, “Zirə” isə “Səbail”ə 2:1 hesabıyla qalib gəlmişdi.

Azərbaycan Premyer Liqası
5-ci tur
26 sentyabr

“Sabah” – “Neftçi” 1:2
Qol: A.İsayev, 81 – R.Maçado, 20. M.Kane, 78.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”.

Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç, 33. Camal Cəfərov.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustəm Samiqullin, 9. Xulio Sezar Rodriqes, 26. Tyemoko Fofana, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Ələkbərov, 77. Veysəl Rzayev, 66. Abdulah Xaybulayev, 13. Abdulla Rzayev.
Baş məşqçi: Ramin Quliyev.

Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 91. Ramon Maçado, 36. Mamadu Kane, 20. Mert Çəlik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 14. Romen Bask, 9. Tyaqo Bezerra, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.


“Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”.

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.


Mövsümün qolsuz başa çatan ilk matçının icmalı: