Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Tura sabah keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyunu ilə start veriləcək. Bu oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
“Zirə” – “Turan Tovuz” matçında Rəvan Həmzəzadə söz sahibi olacaq. Həmin gün keçiriləcək “Sabah” – “Araz-Naxçıvan” oyununu isə Kamal Umudlu idarə edəcək.
Sonuncu oyun gününə təsadüf edəcək “Qəbələ” – “Səbail” görüşü Rauf Cabbarova tapşırılıb. “Neftçi” ilə “Qarabağ” arasındakı Azərbaycan derbisi isə Elçin Məsiyevə həvalə olunub.
Premyer Liqa
25-ci tur
1 mart
“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
2 mart
“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.
3 mart
“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.
“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.