Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günün bir qarşılaşma baş tutub.
29 xalla üçüncü pillədə qərarlaşan “Neftçi” 10 xalla yeddinci sırada olan “Səbail”i qəbul edib. “Ağ-qaralar” Premyer Liqadakı son 9 görüşdə rəqibinə qalib gəlmişdi. “Dənizçilər” isə ardıcıl 13 matçda qələbə qazana bilməmişdi. Dörd qolun qeydə alındığı bu oyunda da “Neftçi” inamlı qələbəyə sevinib. Bu qələbə sayəsində paytaxt təmsilçisi xalını 32-yə çatdırıb. Laurentsiu Regekampfın komandası üçüncü pillədəki yerini qoruyub.
Azərbaycan Premyer Liqasında 15-ci turun “Şamaxı” – “Kəpəz” və “Qarabağ” – “Zirə” oyunları sabah – noyabrın 28-də keçiriləcək. “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” görüşləri isə noyabrın 29-da baş tutacaq.
Azərbaycan Premyer Liqası
15-ci tur
27 noyabr
“Neftçi” – “Səbail” 3:1
Qol: E.Mahmudov, 27; 51-pen; 77-pen – R.Məhərrəmli, 63.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov.
Bakı. “Bakcell Arena”.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 16. Gilyerme Pato.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.