Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması Bakıda baş tutub.
“Neftçi” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Son üç turda qələbə qazana bilməmiş “ağ-qaralar” həsrəti bu oyunda bitirməyə çalışıblar. Amma “Şamaxı” da son iki turda xalsız qalmışdı və əyalət təmsilçisi “Neftçi”dən xal almaq arzusundaydı.
Görüşün taleyini bir qol həll edib. İlk yarının sonunda penaltidən qol vuran “ağ-qaralar” yekunda 3 xala seviniblər.
Premyer Liqa
21-ci tur
31 yanvar
“Neftçi” – “Şamaxı” 1:0
Qol: Emin Mahmudov, 45+4-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi Arena”. Saat 18:30.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 99. Ervin Koffi, 23. Robert Bauer, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 30. Andrey Tırkovyanu, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.