Premyer Liqa: “Neftçi” və “Qarabağ”ın oyunlarını onlar idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun bu gün keçiriləcək son iki oyunu üçün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, “Sumqayıt” – “Neftçi” görüşünü Elçin Məsiyev idarə edəcək.

“Sabah” – “Qarabağ” oyunu isə Kamal Umudluya tapşırılıb.

Turun digər iki oyunu ötən gün keçirilib. “Keşlə” səfərdə “Səbail”ə 2:1 qalib gəlib. “Qəbələ” – “Zirə” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
7-ci tur
17 oktyabr

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt. “Kapital Bank Arena”, 16:30

“Sabah” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, 18:45.

Xəbəri sosial şəbəkələrdə paylaş: