Premyer Liqa: “Nyukasl” “Koventri”yə böyük hesabla uduzdu

Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Koventri Siti” doğma meydanda “Nyukasl” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağınla qalib gəliblər.

Beləliklə, geridə qalmış 6 turdan sonra itkisiz irəliləyən “Mançester Siti” 18 xalla vahid liderdir. “Arsenal” 15 xalla ikinci, “Brayton” 13 xalla üçüncü pillədə qərarlaşıb. “Brentford”, “Everton” və “Çelsi” isə 10 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
6-cı tur

10 oktyabr

Arsenal – Lids 2:1
Sanderlend – Brayton 0:2
İpsviç Taun – Fulhem 2:1
Çelsi – Bornmut 5:1
Aston Villa – Brentford 2:2
Mançester Yunayted – Tottenhem 1:1

11 oktyabr

Kristal Pelas – Nottingem Forest 3:1
Hall Siti – Everton 2:2
Liverpul – Mançester Siti 0:3

12 oktyabr

Koventri Siti – Nyukasl 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: