Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 37-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Nyukasl” “Lester Siti”ni qəbul edib. Bu görüşdə tərəflər meydanı qolsuz tərk ediblər.
Beləliklə, sona bir tur qalmış 88 xala malik “Mançester Siti” vahid liderdir. “Arsenal” 81 xalla ikinci, “Nyukasl” 70 xalla üçüncü sırada qərarlaşıb. “Mançester Yunayted”in 69, “Liverpul”un 66, “Brayton”un 61, “Aston Villa”nın 58, “Tottenhem”in 57, “Brentford”un 56, “Fulhem”in 52 xalı var. “Kristal Pelas” 44, “Çelsi” 43, “Vulverhempton” 41, “Vest Hem” 40, “Bornmut” 39, “Nottingem Forest” 37, “Everton” 33, “Lester Siti” ilə “Lids” 31, sonuncu olan və elitanı tərk etməsi dəqiqləşən “Sauthempton” 24 xal toplayıb.
İngiltərə, Premyer Liqa
37-ci tur
20 may
Tottenhem – Brentford 1:3
Qol: Keyn, 8 – Mbeumo, 50; 62. Vissa, 88.
Bornmut – Mançester Yunayted 0:1
Qol: Kazemiro, 9.
Fulhem – Kristal Palas 2:2
Qol: Mitroviç, 45+5; 61 – Eduard, 34. Uord, 83.
Liverpul – Aston Villa 1:1
Qol: Firmino, 89 – Remsi, 27.
Vulverhempton – Everton 1:1
Qol: Hvanq, 34 – Mina, 90+9.
Nottingem Forest – Arsenal 1:0
Qol: Avoniyi, 19.
21 may
Vest Hem – Lids 3:1
Qol: Rays, 31. Bouen, 72. Lanzini, 90+4 – Rodriqo, 17.
Brayton – Sauthempton 3:1
Qol: Ferquson, 29; 40. Qross, 69 – M.Elyunussi, 58.
Mançester Siti – Çelsi 1:0
Qol: X.Alvares, 12.
22 may
23:00. Nyukasl – Lester Siti