Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 28-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
Turun qapanış matçında lider “Qarabağ” “Qəbələ”ni qəbul edib. Ağdam təmsilçisi bu oyunda darmadağına sevinib. Lider 3 xalı 3 cavabsız qolla qazanıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”a, “Şamaxı” “Zirə”yə 0:3 hesabıyla uduzmuşdu. “Turan Tovuz” “Neftçi”ni 4:0 məğlub etmişdisə, “Sumqayıt” “Səbail”lə ev oyunundan 1:3 hesabıyla məğlub ayrılmışdı.
Azərbaycan Premyer Liqası
28-cu tur
8 may
“Qarabağ” – “Qəbələ” 3:0
Qollar: Elvin Cəfərquliyev, 43. Abdulla Zubir, 75. Ramil Şeydayev, 84.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
Bakı. “Azərsun Arena”, 20:00.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.



