Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Səbail” “Qəbələ”ni qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb. Qolsuz bitən ilk yarının sonlarında “dənizçilər” azlıqda qalıblar. Fasilədən az sonra isə qonaqlar penaltidən vurulan qolla hesabı açıblar. Az sonra “Səbail” də penalti vurmaq hüququ qazanıb və hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə “Qəbələ”nin yarımmüdafiəçisi Ülvi İsgəndərov qoyub. 90-cı dəqiqədə fərqlənən futbolçu qonaqlara vacib qələbə qazandırıb.
Oktyabrın 1-də “Turan Tovuz” – “Zirə” və “Qarabağ” – “Neftçi”, ayın 2-də isə “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları keçiriləcək.
Azərbaycan Premyer Liqası
8-ci tur
30 sentyabr
“Səbail” – “Qəbələ” 1:2
Qol: A.Ramazanov, 61-pen – İ.Alimi, 54-pen. Ü.İsgəndərov, 90.
Qırmızı vərəqə: Q.D.Fransa, 44.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Bakı. “ASCO Arena”, 19:00.
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 30. Franko Mazurek, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.