Premyer Liqa: “Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma meydanda son çempion “Sabah”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək matça saat 16:00-da start veriləcək. Oyunun baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.

Turun mərkəzi oyununda isə milli çempionatın daimi iştirakçısı olan iki komanda – “Qarabağ” və “Neftçi” qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək matçın start fiti saat 19:00-da səslənəcək. Oyunu Kamal Umudlu idarə edəcək.

Premyer Liqa
8-ci tur

16 oktyabr

“Şamaxı” – “Şəfa” 3:2
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR: Elvin Bayramov .
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena”, 19:00.

17 oktyabr

“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Əli Əliyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüsyenov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

18 oktyabr

“İmişli” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 15:00.

“Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: