Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 29-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və turnir cədvəlində qonşu olan komandaların duelinə maraq böyük idi. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin xeyrinə yekunlaşıb. Nəticədə “Qəbələ” turnir cədvəlində prinsipial rəqibini qabaqlamağa nail olub. Belə ki, hazırda əyalət təmsilçisi 39 xalla 4-cü, zirəlilər isə 38 xalla 5-ci pillədə qərarlaşıblar.
Bu turun “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları sabah keçiriləcək. “Sumqayıt” – “Neftçi” və “Səbail” – “Sabah” matçları isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel
“Qəbələ” – “Zirə” 2:1
Qol: R.Maçado, 58. Ruan Renato, 79 – E.Quliyev, 69.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 9. Loris Broqno, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.


