Premyer Liqa: “Qarabağ” 11-ci çempionluğu təmin etdi!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması ötən mövsümün qalibi, cari mövsümün lideri “Qarabağ”la əzəli rəqiblərindən olan autsayder “Kəpəz” arasında baş tutub.

Bu oyunun nəticəsi Premyer Liqada 2023/2024 mövsümünün qalibini müəyyənləşdirə bilərdi. Belə ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaqdı. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu hədəfinə darmadağınla nail olub.

Beləliklə, 28 turdan sonra “Qarabağ”ın 69 xalı var. Çempionatın bitməsinə 8 tur qalıb. Bu o deməkdir ki, Ağdam klubu hətta bundan sonra bütün 8 matçda uduzsa, ikinci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər.

Premyer Liqa
28-ci tur
29 mart

“Kəpəz” – “Qarabağ” 1:6
Qollar: Latir Fall, 90 – Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

Qarabağ: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.