Premyer Liqa: “Qarabağ” 12-ci çempionluğu rəsmiləşdirdi!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu qarşılaşması Masazırda baş tutub.

Çempionluğunu rəsmiləşdirmək istəyən “Qarabağ” “Sabah”ın qonağı olub. Tural Qurbanovun idarə etdiyi bu oyunda heç-heçə də Ağdam təmsilçisinin çempionluğu təmin etməsi üçün yetərli olacaqdı. Qarşılaşmada hesabı “Qarabağ” açıb. Amma matçın sonlarında meydan sahibləri bərabərlik qolunu vura biliblər. Başqa qol qeydə alınmayınca görüş bərabərliklə yekunlaşıb. Nəticədə “Qarabağ” sayca 12-ci çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, “Qarabağ” hazırda 77 xalla Premyer Liqanın yarış cədvəlinin vahid lideridir. “Sabah” isə 30 xalla 5-cidir.

Premyer Liqa
32-ci tur
27 aprel

“Sabah” – “Qarabağ” 1:1
Qollar: Boyan Letiç, 73 – Redon Cica, 42-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 20:00.

Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 70. Jesse Sekidika, 12. Vensan Till, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.