Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, 2024-cü ilin və ikinci dövrənin sonuncu turunun sonuncu oyunu lider “Qarabağ”la əsas izləyicisi “Araz-Naxçıvan” arasında keçirilib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunun nəticəsi turnir cədvəli baxımından heç bir dəyişikliyə səbəb olmayacaqdı. Sadəcə, “Qarabağ” qalib gəlsə, əsas izləyicisi ilə aradakı xal fərqini 8-ə çatdırmış olacaqdı və qış fasiləsinə böyük üstünlüklə yollanacaqdı. Ötən tur uzun müddətdən sonra məğlubiyyətə üzülmüş Elmar Baxşıyevin komandası isə liderlə görüşdə eyni aqibətlə üzləşməmək arzusundaydı. Amma görüşün sonunda “Qarabağ” inamlı qələbəyə sevinib.
Beləliklə, “Qarabağ” qış fasiləsinə 47 xalla zirvədə, “Araz-Naxçıvan” isə 39 xalla ikinci yerdə yollanıb.
Premyer Liqa
18-ci tur
22 dekabr
“Qarabağ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Yassin Benzya, 41. Abdullah Zubir, 71.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 16:30.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 20. Riçard Almeyda (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk.
Baş məşqci: Qurban Qurbanov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.



