Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün daha çox maraq doğuran görüşü Tofiq Bəhramov adına Respublika stadionunda iki əzəli rəqib – “Qarabağ” və “Neftçi” arasında keçirilib.
Milli çempionatların daimi iştirakçılarının görüşündə Ağdam təmsilçisi növbəti qələbəsini qazanmağa çalışıb. Bu oyunu Elçin Məsiyev idarə edib. 35 xalla 6-cı olan “Neftçi” də derbidən xal və xallarla ayrılmaq arzusundaydır. Amma növbəti çempionluğunu rəsmiləşdirməyi arzulayan “Qarabağ”la oyunda buna nail olmaq “Neftçi” üçün heç də asan görünmürdü. Belə də olub. Rəqibini 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi çempionluğa bir qədər də yaxınlaşıb. Bu, “Neftçi”nin cari mövsümdə “Qarabağ”a dördüncü məğlubiyyətdiri.
Qeyd edək ki, Premyer Liqanın 31-ci turunun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Premyer Liqa
31-ci tur
19 aprel
“Qarabağ” – “Neftçi” 3:0
Qollar: Abdullah Zubir, 22. Yassin Benzya, 40-pen. Nəriman Axundzadə, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.
Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.