Premyer Liqa: “Qarabağ” “Neftçi”yə səfərdə 4 qol vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış, eyni zamanda mərkəzi oyununda “Neftçi” əzəli rəqibi “Qarabağ”la qarşılaşıb.

Uzun müddətdir məğlubiyyət tanımayan Ağdam təmsilçisi 57 xalla vahid lider idi. “Neftçi” isə 36 xalla liderin əsas izləyicilərindən biriydi.

Azərbaycan çempionatının daimi iştirakçıları bu matça qədər Premyer Liqada 93 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə paytaxt klubu 23, Ağdam təmsilçisi 39 qələbə qazanmışdı, 31 oyun da sülhlə bitmişdi. “Neftçi” son 10 görüşdə qələbə qazanmamışdısa, “Qarabağ” ardıcıl 3 oyun idi qalib gəlirdi.

Elə bu oyunda da sevinən tərəf “Qarabağ” olub. Ağdam təmsilçisi rəqib meydanında darmadağınla qalib gəlib.

Premyer Liqa
25-ci tur
3 mart

“Neftçi” – “Qarabağ” 1:4
Qollar: Filip Ozobiç, 71-pen – Nəriman Axundzadə, 47. Toral Bayramov, 60-pen; 90+3. Leandro Andrade, 90+7.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Bakı. “Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.