Premyer Liqa: “Qarabağ” “Səbail”i 3 cavabsız qolla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Qarabağ” autsayder “Səbail”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunu Elçin Məsiyev idarə edib.

Bu, sözügedən komandaların yubiley – 30-cu qarşılaşması olub. Əvvəlki 39 oyunda “Qarabağ” 24, “Səbail” isə cəmi 3 qələbə qazanmışdı, 2 görüş də bərabərliklə yekunlaşmışdı. Top fərqində də ağdamlıların əzici üstünlüyü vardı – 65:15. “Qarabağ” bütün görüşlərdə bu rəqibinə qol vurmuşdu. “Səbail” son 5 qarşılaşmada xal qazanmamışdı.

Elə bu oyunda da Ağdam təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib. Leandro Andradenin dubla imza atdığı qarşılaşmada Kadi Borges də yenidən qayıtdığı Ağdam klubuna ilk matçını keçirib. O, bu oyunda 1 qol və 1 assistlə də yadda qalıb.

Ağdam təmsilçisi hazırda 53 xalla zirvədə qərarlaşıb. Son iki turda “Turan Tovuz”la “Zirə”yə məğlub olmuş “Qarabağ” uğursuz gedişata çempionatın aşkar autsayderi ilə oyunda son qoymağı bacarıb. “Səbail” isə 16 xalla sonuncu pillədə qərarlaşıb.

Premyer Liqa
22-ci tur
11 fevral

“Qarabağ” – “Səbail” 5:0
Qollar: Yassin Benzya, 76-pen. Leandro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 8. Qorka Larruçea.
Baş məşqçi: Cavid Hüseynov.