Premyer Liqa: “Qarabağ” “Səbail”i hesabı açmasına peşman etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması artıq çempionluğu təmin etmiş “Qarabağ”la avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Səbail” arasında baş tutub.

Ağdam klubunun bu oyundan öncə 69 xalı vardısa, “Səbail” 38 xalla 6-cı sırada qərarlaşmışdı. Bu üzdən də qələbə “Qarabağ”dan daha çox qonaqlara lazım idi.

“Qarabağ”la “Səbail” bu günə kimi 26 çempionat oyununda üz-üzə gəlmişdilər. Bu görüşlərdə Ağdam təmsilçisinin böyük üstünlüyü vardı – 21 qələbə. 3 oyunda “Səbail” 3 xalı bayram etmişdisə, 2 görüş heç-heçə yekunlaşmışdı. Son 11 oyunda üç və ya daha çox qol vurulmuşdu. “Qarabağ” texniki nəticə nəzərə alınmamaqla bütün matçlarda rəqib qapısına yol tapmışdı.

Elə bu oyunda da ənənə pozulmayıb. Hesabı qonaqlar açsa da, “Qarabağ” yekunda inamlı qələbəyə sevinən tərəf olub.

Xatırladaq ki, 29-cu turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. Bu gün isə “Turan Tovuz” “Sabah”ı 2:0 hesabıyla məğlub edib. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Premyer Liqa
29-cu tur
6 aprel

“Qarabağ” – “Səbail” 4:2
Qollar: Yassin Benzya, 15; 40. Toral Bayramov, 69-pen. Nəriman Axundzadə, 90 – Nir Bardea, 7. Rüfət Abdullazadə, 88.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

Qarabağ: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.