Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 35-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun son dörd oyunu eyni gündə baş tutub.
“Şamaxı” “Qəbələ”ni, “Sabah” “Zirə”ni qəbul edib. Bu iki oyunda qapılara qol vurulmayıb.
“Turan Tovuz”un “Səbail”lə ev oyununda da qalib müəyyənləşməyib. Lakin bu oyunda meydan sahibləri 2:0 hesabıyla öndə olduqları bu matçın sonlarında buraxdıqları qollar sayəsində məhsuldar heç-heçə ilə kifayətlənməli olublar.
Artıq çempionluğu təmin etmiş “Qarabağ” isə “Sumqayıt”ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Neftçi”yə 1:3 hesabıyla məğlub olmuşdu.
Azərbaycan Premyer Liqası
35-ci tur
22 may
“Şamaxı” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 16:30.
“Sabah” – “Zirə” 0:0
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”, 16:30.
“Turan Tovuz” – “Səbail” 2:2
Qollar: Şəhriyar Əliyev, 2. Ayxan Hüseynov, 49 – Franko Mazurek, 73. Qoba Zakpa, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmmədov.
Tovuz şəhər stadionu, 16:30.
“Qarabağ” – “Sumqayıt” 1:2
Qollar: Riçard Almeyda, 88 – Vüsal İsgəndərli, 33-pen. Səbuhi Abdullazadə, 39.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “Azərsun Arena”, 16:30.