Premyer Liqa: “Qarabağ” “Zirə”ni 4 cavabsız qolla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Araz-Naxçıvan”la “Sumqayıt” arasında baş tutacaq. Hazırda 27 xalla 2-ci pillədə qərarlaşmış Naxçıvan təmsilçisini növbəti qələbəsini qazanmağa çalışacaq. Son iki turda qələbə qazanmış “Sumqayıt” da uğurlu çıxışını davam etdirmək istəyir. Sumqayıtın eyniadlı təmsilçisi 13 xalla 7-cidir.

Turun qapanış matçında isə son çempion və lider “Qarabağ” “Zirə”ni qəbul edəcək. Ötən turda “Turan Tovuz”la oyunda xal itkisi ilə üzləşmiş Ağdam təmsilçisi “Zirə”ni xalsız yola salmağa çalışacaq. Amma ötən tur “Araz-Naxçıvan”a uduzmuş, hazırda 20 xalla 4-cü olan Rəşad Sadıqovun komandası uğursuz statistikaya malik olduğu Ağdam klubu ilə görüşdə sürprizə imza atmaq arzusundadır.

Premyer Liqa
13-cü tur
10 noyabr

“Qarabağ” – “Zirə” 4:0
Qollar: Mateus Silva, 2. Yassin Benzya, 52-pen. Bəhlul Mustafazadə, 60. Aleksey Kaşuk, 68.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.

Qarabağ: 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 20. Riçard Almeyda,30. Abbas Hüseynov, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 15. Pyer Zebli, 17. Ayron Qomis, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 22. İldar Ələkbərov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi., 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Martins Junior, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri sosial şəbəkələrdə paylaş: