Premyer Liqa: “Qarabağ”dan “Sabah” üzərində çətin qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə qələbəyə həsrət iki komanda – “Sumqayıt”la “Şamaxı” komandaları üz-üzə gəlib. Sumqayıtda keçirilən qarşılaşmada komandalardan biri yeni mövsümdə ilk qələbəsini rəsmiləşdirə bilərdi. Əks halda bu iki komandanın qələbə həsrəti bir qədər də uzanmış olacaqdı. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son çempion “Qarabağ” isə turun mərkəzi oyununda əsas rəqiblərindən biri “Sabah”la üz-üzə gəlib.Yeddi qolun qeydə alındığı bu oyunda Ağdam təmsilçisi çətin qələbəyə sevinib. Bunda rəqibin azlıqda qalması və qonaqların qapısına təyin olunan iki penaltinin də böyük rolu olub.

Xatırladaq ki, turun açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etmişdi. İkinci oyun günündə isə “Neftçi” səfərdə “Qəbələ”yə, “Zirə” isə “Səbail”yə 2:1 hesabıyla qalib gəlmişdi.

Azərbaycan Premyer Liqası
6-cı tur
11 sentyabr

“Sumqayıt” – “Şamaxı” 1:1
Qol: A.Aqanspahiç, 3-pen – B.Həziyev, 45.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Kapital Bank Arena”, 18:00

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

“Qarabağ” – “Sabah” 4:3
Qol: M.Qurbanlı, 29. E.Cəfərquliyev, 51. R.Şeydayev, 84-pen; 90+4-pen – E.Apeh, 33. C.L.Mikels, 60.
Qırmızı vərəqə: A.Ba, 43.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”, 20:30

Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 19. Filip Ozobiç, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Baş məşqçi: Murad Musayev.