Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış bir oyunun keçiriləcəyi vaxt və stadion müəyyənləşib. Arena.az xəbər verir ki, “Qarabağ” və “Sumqayıt” arasında keçiriləcək matç mayın 12-də baş tutacaq.
Bakıdakı “Azersun Arena”da təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək.
Qeyd edək ki, bu oyun “Qarabağ” üçün tamamilə formal xarakter daşıyacaq. Ağdam klubu artıq vaxtından əvvəl çempionluğu təmin edib. Sumqayıtlılar isə uğursuz gedişata son qoymaq üçün xal və ya xallar qazanmağa çalışacaqlar.
Azərbaycan Premyer Liqası
16-cı turun oyunu
12 may
“Qarabağ” – “Sumqayıt”
Bakı. “Azersun Arena”, 19:00


