Premyer Liqa: “Qarabağ”la “Sabah”dan 6 qolluq heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” lider “Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş oyunu Tural Qurbanov idarə edib.

Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderlə arasındakı xal fərqini azaltmağı hədəfləmişdi. Amma oyuna daha yaxşı başlamış “Sabah” ardıcıl 3 qol vurub. Ruhdan düşməyən “Qarabağ” sonadək mübarizə apararaq buraxılmış qolların əvəzini çıxa bilib. Beləcə, 6 qolluq bu görüşdə qalib müəyyənləşməyib.

Xatırladaq ki, hazırda “Sabah” 53 xalla zirvədə qərarlaşıbsa, “Qarabağ” 46 xalla ikincidir.

Premyer Liqa
22-ci tur
1 mart

“Qarabağ” – “Sabah” 3:3
Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 78. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 60.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri sosial şəbəkələrdə paylaş: