Premyer Liqa: “Səbail” 2-ci pilləni “Sumqayıt”a təhfil verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun ilk oyununda “Səbail” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Paytaxt təmsilçisi bu oyundan öncə 37 xalla 2-ci, Sumqayıt təmsilçisi isə 36 xalla 4-cü pillədə qərarlaşmışdı.

Son iki turda qələbə qazanan Şahin Diniyevin komandası doğma azarkeşləri önündə yenə zəfər əldə etsə, ikinci pillədəki mövqeyini qorumaqla bərabər, əsas izləyicisindən uzaqlaşacaqdı. Artıq 4 turdur 3 xala həsrət qalan “Sumqayıt” isə ilk “3-lüy”ə dönmək üçün səfərdən qalib dönməliydi.

Bu qarşılaşmanın taleyini bir qol həll edib. Erkən qola sevinən “Sumqayıt” bu üstünlüyünü sonadək qorumağı və turnir cədvəlində 2-ci pilləyə yüksəlməyi bacarıb.

Qeyd edək ki, 26-cı turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Premyer Liqa
26-cı tur
8 mart

“Səbail” – “Sumqayıt” 0:1
Qol: Kazimir Ninqa, 11.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev.
“Bayıl Arena”, 19:00.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.